QR CodeQR Code

Əhmədienjad: "Rusiya ilə yeni AES-lər tikiləcək"

23 Sep 2011 00:28

IslamTimes - İran prezidenti Rusiya ilə yeni Atom Stansiyalarının inşasının müzakirə edilidyini bildirir.


Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Mahmud Əhmədinejad bu bəyanatla Buşəhr stansiyasının işə salınmasından bir qədər keçmiş çıxış edib.

“Biz fəal şəkildə Rusiya ilə yeni stansiyaların tikilməsini müzakirə edirik”, – "Russiya Today" kanalına müsahibəsində İran lideri deyib.

Mahmud Əhmədinejadın sözlərinə görə, İranın özünün də stansiya tikmək planları mövcuddur: “Bizim AES inşaatı ilə öz planlarımız var. Ancaq bu layihələrdə, sözsüz ki, beynəlxalq ekspertlərin təcrübəsindən də istifadə edəcəyik.”

Sentyabrın 12-də Rusiyanın həmkarlığı ilə tikilmiş Buşəhr AES-i istifadəyə verilib.


Story Code: 100814

News Link :
https://www.islamtimes.org/az/news/100814/əhmədienjad-rusiya-ilə-yeni-aes-lər-tikiləcək

Islam Times
  https://www.islamtimes.org