QR CodeQR Code

Rusiya Almaniyaya nota göndərdi

9 Aug 2022 16:20

İslamTimes:Rusiyanın Berlindəki səfirliyi Verneuhen şəhərində sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə bağlı Almaniya hökumətinə etiraz notası göndərib.


Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Almaniyadakı səfirliyi məlumat yayıb.

“Bu iyrənc hərəkəti etnik nifrətin qızışdırılması cəhdi, eləcə də dünyanın və Avropanın nasizmdən azad edilməsi uğrunda canlarından keçmiş hərbçilərin xatirəsinin rüsvayçı şəkildə tapdalanması kimi qiymətləndiririk. Biz Almaniya Xarici İşlər Nazirliyinə hadisənin araşdırılması, günahkarın məsuliyyətə cəlb edilməsi, memorialın bütövlüyü və təhlükəsizliyinin təmin edilməsi üçün hərtərəfli tədbirlərin görülməsi tələbi ilə etiraz notası göndərmişik”, - səfirliyin məlumatında bildirilir.


Story Code: 1008330

News Link :
https://www.islamtimes.org/az/news/1008330/rusiya-almaniyaya-nota-göndərdi

Islam Times
  https://www.islamtimes.org