QR CodeQR Code

Peskov: Rusiyanı və rusiyalıları təcrid etmək cəhdləri perspektivsizdir

9 Aug 2022 17:01

İslamTimes: Rusiyanı və rusiyalıları təcrid etmək cəhdləri perspektivsiz prosesdir.


SalamNews-un "TASS" istinadla verdiyi xəbərə görə, bunu çərşənbə axşamı jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin “The Washington Post”a müsahibəsində rusiyalıların təcridi ilə bağlı dediklərini şərh edərkən bildirib.

"Buna yalnız son dərəcə mənfi yanaşmaq olar. Rusiyalıları təcrid etmək və ya Rusiyanı təcrid etmək cəhdləri heç bir perspektivi olmayan prosesdir”, deyə peskov vurğulayıb.

Kreml sözçüsü onu da qeyd edib ki, Kiyevi dəstəkləyən Avropa ölkələri gec-tez Ukrayna prezidentinin hər şeyi düzgün edib-etmədiyini düşünməyə başlayacaqlar.


Story Code: 1008331

News Link :
https://www.islamtimes.org/az/news/1008331/peskov-rusiyanı-və-rusiyalıları-təcrid-etmək-cəhdləri-perspektivsizdir

Islam Times
  https://www.islamtimes.org