0
Tuesday 9 August 2022 - 17:58

Çin: Amerika nüvə danışıqlarındakı böhranın əsas mənbəyidir

Story Code : 1008332
Çin: Amerika nüvə danışıqlarındakı böhranın əsas mənbəyidir
Çin hökumətinin Vyanadakı Daimi Nümayəndəliyi Twitter hesabında Vanq Kandan sitat gətirərək yazıb ki, İranın nüvə məsələsi ilə bağlı müzakirələrdə razılaşma əldə etmək üçün ABŞ təcili və önəmli qərarlar qəbul etməlidir.

Vanq Kanın sözlərinə görə, Vyana danışıqlarının canlanması onu göstərdi ki, fikir ayrılıqlarını nəticəyə çatdırmaq üçün dialoq və danışıqlar yöntəmi yeganə həll yoludur.

Çinin beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi son bir ildə bütün müzakirəçilərin səylərinə görə onlara təşəkkür edərək, BHFP sazişini bərpa etmək üçün mövcud fürsətin dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Vanq Kan əlavə edib ki, Amerika İranla nüvə danışıqlarında böhranın mənbəyi kimi mövcud vəziyyəti anlamalı, dürüstlük nümayiş etdirməli və siyasi oyunlardan əl çəkərək ciddi qərarlar qəbul etməlidir.