QR CodeQR Code

Çin: Amerika nüvə danışıqlarındakı böhranın əsas mənbəyidir

إسلام تايمز , 9 Aug 2022 17:58

İslamTimes: Çinin beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi təkid edib ki, İranın nüvə məsələsində hazırkı problemin əsas mənbəyi Amerikadır tez razılaşma əldə etmək üçün Vaşinqton təcili siyasi qərarlar qəbul etməlidir.


Çin hökumətinin Vyanadakı Daimi Nümayəndəliyi Twitter hesabında Vanq Kandan sitat gətirərək yazıb ki, İranın nüvə məsələsi ilə bağlı müzakirələrdə razılaşma əldə etmək üçün ABŞ təcili və önəmli qərarlar qəbul etməlidir.

Vanq Kanın sözlərinə görə, Vyana danışıqlarının canlanması onu göstərdi ki, fikir ayrılıqlarını nəticəyə çatdırmaq üçün dialoq və danışıqlar yöntəmi yeganə həll yoludur.

Çinin beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi son bir ildə bütün müzakirəçilərin səylərinə görə onlara təşəkkür edərək, BHFP sazişini bərpa etmək üçün mövcud fürsətin dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Vanq Kan əlavə edib ki, Amerika İranla nüvə danışıqlarında böhranın mənbəyi kimi mövcud vəziyyəti anlamalı, dürüstlük nümayiş etdirməli və siyasi oyunlardan əl çəkərək ciddi qərarlar qəbul etməlidir.







 


Story Code: 1008332

News Link :
https://www.islamtimes.org/az/news/1008332/çin-amerika-nüvə-danışıqlarındakı-böhranın-əsas-mənbəyidir

Islam Times
  https://www.islamtimes.org