QR CodeQR Code

İran kriptovalyutadan istifadə edəcəyini açıqladı

9 Aug 2022 20:18

İslamTimes: İran ABŞ-ın sanksiyalarını kriptovalyutadan istifadə ilə təsirsizləşdirir


Bu barədə İranın sənaye və ticarət nazirinin müavini, eyni zamanda Ticarətin İnkişafı Təşkilatının rəhbəri “Twitter” hesabında bildirib.

O, kriptovalyuta ilə ödəniləcək 10 milyon dollarlıq ilk rəsmi sifarişin bu həftə verildiyini açıqlayıb.

Nazir müavininin paylaşımı İranın ABŞ embarqosunu qırmaq üçün kriptovalyutaya keçməsi ilə bağlı suallar yaradıb. Həmçinin belə razılaşmaların davam edəcəyi qeyd edilib.

“Kriptovalyuta ilə ödəniləcək 10 milyon dollar dəyərində ilk rəsmi idxal sifarişi bu həftə uğurla verildi.

Sentyabrın sonuna kimi ölkələrlə xarici ticarətdə kriptovalyutaların və smart müqavilələrin istifadəsini genişləndirməyi hədəfləyirik”, - deyə məlumatda vurğulanır.

Ödənişin hansı kriptovalyuta ilə həyata keçiriləcəyi və ticarətin nədən ibarət olduğu isə açıqlanmayıb.


Story Code: 1008362

News Link :
https://www.islamtimes.org/az/news/1008362/iran-kriptovalyutadan-istifadə-edəcəyini-açıqladı

Islam Times
  https://www.islamtimes.org