QR CodeQR Code

Zaxarova: AB-nin bunu etməyə hüququ yoxdur

9 Aug 2022 21:38

İslamTimes: AB ölkələri Şengen vizalarının bütün insanlara verilməsini tam məhdudlaşdırmaq hüququna malik deyil və əgər bu addımı atsalar, dərhal öz millətçiliklərinə imza atacaqlar.


Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN sözcüsü Mariya Zaxarova bəzi siyasətçilərin ruslara turist vizalarının verilməsini dayandırmaqla bağlı çağırışlarına münasibət bildirərkən deyib.

“Onlar öz öhdəliklərinə əsaslanaraq, sadəcə hansısa bir qrup şəxsin ölkələrə girişini məhdudlaşdırmaq ixtiyarındadır. Amma burada söhbət bütöv bir xalqdan gedirsə, onlar ekstradisiyasını tamamilə məhdudlaşdırmaq hüququna malik deyil. Bu addımı atandan sonra onlar bütün demokratiya, liberalizm, azadlıq və onların “sıfır tolerantlıq”, ksenofobiya, millətçilik və s. adlandırdıqları şeyləri öldürəcək. Və artıq onları hansısa kosmetik gipsin arxasında gizlətmək mümkün olmayacaq”, - o bildirib.


Story Code: 1008364

News Link :
https://www.islamtimes.org/az/news/1008364/zaxarova-ab-nin-bunu-etməyə-hüququ-yoxdur

Islam Times
  https://www.islamtimes.org