0
Wednesday 10 August 2022 - 19:28

İŞİD-in Suriyanın cənubu üzrə hərbi lideri məhv edilib

Story Code : 1008525
İŞİD-in Suriyanın cənubu üzrə hərbi lideri məhv edilib
SalamNews Sputnik.Arabic-ə istinadən xəbər verir ki, bu barədə Suriyanın təhlükəsizlik mənbələri məlumat veriblər.

Dəra əyalətindəki təhlükəsizlik mənbəsinin “Sputnik”in müxbirinə verdiyi məlumata görə, təhlükəsizlik orqanları dünən, çərşənbə axşamı günortadan sonra əhəmiyyətli təhlükəsizlik əməliyyatı həyata keçirib və bu əməliyyat zamanı “İŞİD” terror təşkilatının Suriyanın cənubundakı hərbi lideri məhv edilib.

Qeyd edilib ki, o əvvəllər İŞİD-in Bəquba üzrə “valisi” olub və İraqda terror təşkilatı gerilədikdən sonra Suriyanın cənubuna keçib.

Terrorçu Əbu-Salim əl-İraqi Dəranın şimalındakı Tafas şəhərində mühasirəyə alınıb və özünü partlatmazdan əvvəl məhv edilib.