0
Thursday 11 August 2022 - 10:45

ABŞ Senatı Baydeni FTB-ni “siyasi silaha” çevirməkdə ittiham edib

Story Code : 1008606
ABŞ Senatı Baydeni FTB-ni “siyasi silaha” çevirməkdə ittiham edib
SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Respublikaçı senator Coş Houli deyib.

Onun sözlərinə görə, ölkənin hazırkı rəhbərinin dövründə qurum faktiki olaraq “siyasi silaha” çevrilib.

"ABŞ Baş prokuroru Merrik Harlend Amerika xalqına izahat borcludur. Düzünü desəm, Co Bayden də. Çünki Ağ Evin bu axtarışlarla bağlı tamamilə məlumatsız olduğuna bir dəqiqə belə inanmıram. Bu, Co Baydenin FTB-sidir. Bu, Co Baydenin Ədliyyə Nazirliyidir. Onlar hər addımda FTB-ni silahlandırırdılar. Bu, tamamilə nəzarətdən çıxan bir qurumdur", deyə senat nümayəndəsi bildirib.

Houlinin nöqteyi-nəzərindən Ağ Ev bununla təkcə ABŞ konstitusiyasını deyil, həm də ştatın demokratik normalarını pozur. Onun sözlərinə görə, bu məsələ ABŞ daxilində dərin korrupsiyanın mövcudluğunu istisna etmir.