QR CodeQR Code

Çin Amerika iqtisadiyatını diz çökürür?

إسلام تايمز , 11 Aug 2022 16:39

İslamTimes: Çin və ABŞ arasında Tayvanla mövzusu ilə bağlı gərginliyin artması səbəbi ilə Bayden administrasiyasını ölkənin mal və xidmətlərinə tətbiq edilən tariflər siyahısına yenidən baxmağa vadar edib.


ABŞ prezidenti Co Bayden Pekin və Vaşinqton arasında son günlərdə artan mübahisələrə görə Çin mallarına tətbiq edilən bəzi tarifləri ləğv etməyi və onları başqa variantlarla əvəz etməyi düşünür.

Reuters xəbər agentliyinin məlumatına görə, Co Baydenin iqtisadi qrupu Donald Trampın prezidentliyi dövründə Çin mallarına tətbiq edilən tariflərin xərclərini azaltmaq üçün aylarla müxtəlif yollar sınayıblar, çünki bu siyasətin ABŞ daxilində inflyasiyanı artıracağına inanırlar.

Bayden administrasiyası Çin mallarına tətbiq edilən bəzi tarifləri ləğv etməyi və siyahısına yeni tariflər əlavə etməyi düşünür. Buna səbəb böyük Amerika şirkətlərinin ehtiyac duyduqları resursları Çindən təmin etməkdən 100% asılı olması və bu tariflərin tətbiqinin onların istehsal prosesinə təsir etməsidir.




 


Story Code: 1008663

News Link :
https://www.islamtimes.org/az/news/1008663/çin-amerika-iqtisadiyatını-diz-çökürür

Islam Times
  https://www.islamtimes.org