QR CodeQR Code

Türkiyə Ermənistanla normallaşma prosesini davam etdirir

11 Aug 2022 17:24

İslamTimes: "Ermənistanla normallaşma prosesi davam edir, bəzi addımlar atılıb".


APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu, Azərbaycanla koordinasiya şəklində davam edir, Ermənistanda bundan bir az narahat olurlar, amma biz şəffaf ölkəyik. Hər nə qədər normallaşma prosesi ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi üçün hər birimizin addım atması lazımdır”, - deyə o bildirib.

Çavuşoğlu Ermənistanı bu məsələdə yayınmamağa, səmimi olmağa çağırıb: “Biz səmimiyik, Azərbaycanın da səmimi olduğunu görürük”.


Story Code: 1008681

News Link :
https://www.islamtimes.org/az/news/1008681/türkiyə-ermənistanla-normallaşma-prosesini-davam-etdirir

Islam Times
  https://www.islamtimes.org