0
Thursday 11 August 2022 - 17:47

Sohu: Rusiyaya qarşı sanksiyalar Avropada qışın başlaması ilə “ölü kağızlara” çevriləcək

Story Code : 1008687
Sohu: Rusiyaya qarşı sanksiyalar Avropada qışın başlaması ilə “ölü kağızlara” çevriləcək
SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Çinin "Sohu" nəşri yazıb.

"Aİ ölkələri mümkün embarqodan öncə neft ehtiyatlarını artırır. Qış gələndə istənilən sanksiyalar xatırlamayacaq “ölü kağızlara” çevrilə bilər", deyə məqalədə bildirilir.

Məqalə müəllifləri qeyd ediblər ki, Rusiyadan neft alıcıları son vaxtlar tədarükləri rekord həddə çatdırıblar. Eyni zamanda yanacaq alışını dayandıran İspaniya və Yunanıstan yenidən onu Rusiya Federasiyasından almağa başlayıb.

"Sohu" əlavə edib ki, Avropa ölkələri hətta mənşəyi məlum olmayan yanacaq adı altında Rusiyadan neft almağa davam etmək üçün fürsət axtarır.

Bütün bunlar onu deməyə əsas verir ki, dekabr gələndə Avropa İttifaqı üçün çox çətin olacaq. Eyni zamanda, lazım gələrsə, bütün məhdudlaşdırıcı sənədlərdən yan keçməklə ticarət davam edə bilər.