QR CodeQR Code

Bayden Rusiyada dövlət çevrilişinə nail olmaq istəyir

إسلام تايمز , 13 Aug 2022 18:58

İslamTimes: Keçmiş konqresmen, İraq müharibəsi veteranı Tulsi Habbard, ABŞ-ın hazırkı prezidenti Co Bayden üçün Ukrayna böhranının gərginləşməsinin əsl məqsədinin Rusiyada “dövlət çevrilişi” olduğunu bildirib.


SalamNews-un Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, Habbard hesab edir ki, Amerika Baydenin rəhbərliyi altında Rusiya daxilində hər cür vəziyyəti gərginləşdirməyə cəhd edir.

"Bütün mühazirələrə və timsah göz yaşlarına baxmayaraq, demokratlar heç vaxt əxlaqa əhəmiyyət verməyiblər. Bu həm həm Ukrayna xalqı, həm də demokratiyanın müdafiəsi ilə bağlı məsələlərə aiddir. Məqsəd Rusiyada rejimin dəyişdirilməsi, NATO-nu gücləndirmək və hərbi-sənaye korporasiyalarının iştahını ödəmək üçün münaqişəni qızışdırmaqdır", deyə keçmiş konqresmen bildirib.


Story Code: 1009019

News Link :
https://www.islamtimes.org/az/news/1009019/bayden-rusiyada-dövlət-çevrilişinə-nail-olmaq-istəyir

Islam Times
  https://www.islamtimes.org