0
Sunday 14 August 2022 - 09:36

İsraildə atışma olub, 7 nəfər yaralanıb

Story Code : 1009119
İsraildə atışma olub, 7 nəfər yaralanıb
APA xəbər verir ki, bu barədə “The Times of Israel” hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Xəstəxanaya aparılan yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, atışma “Ağlama divarı”na aparan yol ilə hərəkət edən avtobusda olub. Hadisəni törədən şəxs ərazidən qaçıb.

Qəzet polisə istinadən qeyd edir ki, hadisə terror aktı kimi qiymətləndiriləcək.