0
Sunday 14 August 2022 - 18:38

Çin orbitə 16 peyk göndərdi

Story Code : 1009177
Çin orbitə 16 peyk göndərdi
Modern.az xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Korporasiya peyk buraxılışlarının uğurla tamamlandığını bildirib. 16 peykin hamısı "Changguang Satellite Technology" müəssisəsi tərəfindən hazırlanıb.

Orbitə göndərilən peyklər arasında Yer kürəsinin məsafədən zondlanması və yüksək keyfiyyətli təsvirlərin formalaşdırılması üçün istifadə edilməsi planlaşdırılan “Jilin-1 Gaofen-03D” seriyalı on optik peyk var.