QR CodeQR Code

Çin orbitə 16 peyk göndərdi

14 Aug 2022 18:38

İslamTimes: Çin müxtəlif məqsədlər üçün Yerin orbitinə 16 kommersiya peyki göndərib.


Modern.az xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Korporasiya peyk buraxılışlarının uğurla tamamlandığını bildirib. 16 peykin hamısı "Changguang Satellite Technology" müəssisəsi tərəfindən hazırlanıb.

Orbitə göndərilən peyklər arasında Yer kürəsinin məsafədən zondlanması və yüksək keyfiyyətli təsvirlərin formalaşdırılması üçün istifadə edilməsi planlaşdırılan “Jilin-1 Gaofen-03D” seriyalı on optik peyk var.


Story Code: 1009177

News Link :
https://www.islamtimes.org/az/news/1009177/çin-orbitə-16-peyk-göndərdi

Islam Times
  https://www.islamtimes.org