0
Sunday 14 August 2022 - 21:17

Azərbaycan hərbçiləri İranda “Snayper həddi” müsabiqəsində iştirak edəcək

Story Code : 1009188
Azərbaycan hərbçiləri İranda “Snayper həddi” müsabiqəsində iştirak edəcək
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müsabiqədə iştirak edən komandaların nümayəndələri ərazi ilə tanış olub, hərbi qulluqçularla təlimat keçirilib.

Şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah edilib.

Qeyd edək ki, "Snayper həddi" müsabiqəsində Azərbaycan, Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar iştirak edəcəklər.