0
Sunday 14 August 2022 - 21:57

ABŞ bunu etsə... - Moskvadan ciddi XƏBƏRDARLIQ

Story Code : 1009196
ABŞ bunu etsə... - Moskvadan ciddi XƏBƏRDARLIQ
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz bu barədə danışdıq və təkcə şifahi deyil, həm də bu şərhləri yazılı şəkildə yerləşdirdik və hətta ingilis dilinə tərcümə etdik. Hər şey dəfələrlə bəyan edilib”, - Mariya Zaxarova “Rossiya-1”in efirində deyib.

Zaxarovanın sözlərinə görə, ABŞ Qərb ölkələrini Rusiyanı terrorizmin sponsoru kimi tanımağa məcbur edir.

Avqustun 11-də Latviya Seyminin deputatları Rusiyanı terrorun dövlət himayədarı elan ediblər. Bundan sonra latviyalı deputatlar Avropa İttifaqı ölkələrini ruslara vizaların verilməsini dərhal dayandırmağa çağırıblar.