0
Monday 15 August 2022 - 11:26

Bennet: İsrail ciddi təhlükəsizlik böhranı ilə üz-üzədir

Story Code : 1009255
Bennet: İsrail ciddi təhlükəsizlik böhranı ilə üz-üzədir
Əl-Məyadin xəbər kanalının məlumatına görə, Naftali Bennet hökumətin iclasında bildirib ki, Livan və Qəzzada qarşı-qarşıya qaldığımız kritik təhlükəsizlik dövründə Ordunun Baş Qərargah rəisini təyin etməmək məsuliyyətsizlikdir. Ona görə də o vetodan istifadə etməyəcəyini deyib.

O deyib ki, İsrail kritik təhlükəsizlik vəziyyətindədi. Hizbullah və onun qaz yatağı, Suriyadakı müharibələrlə və Qəzza əməliyyatı arasındakı döyüşlə qarşı-qarşıyayıq.
Biz seçkilərin yeni mərhələsinə keçid etmişik və bunun nə qədər davam edəcəyi bəlli deyil. İki namizədimiz var ki, hər ikisi yaxşıdır.   Biz təhlükəsizlik ehtiyaclarımısı hər şeydən üstün tutmalıyıq.

Sionist rejim rəhbərliyi Aviv Koxavi üçün canişin seçməyə hazırlaşır. O, gələn ilin əvvəlində bu vəzifəni tərk edəcək.