0
Monday 15 August 2022 - 11:50

Çin: Amerika bilməlidir ki, odla oynamağın sonu yanmaqdır

Story Code : 1009263
Çin: Amerika bilməlidir ki, odla oynamağın sonu yanmaqdır
Fransa xəbər agentliyinin məlumatına görə, Amerika nümayəndə heyəti ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərindən 12 gün sonra Tayvana yenidən səfər edib.

Xinhua xəbər agentliyi Çin hökumətinin səfərə cavab olaraq "Amerika rəsmiləri odla oynamağı dayandırmalıdır" başlıqlı bəyanat yaydığını yazıb.

Bəyanatda hazırda Tayvanda olan Amerika nümayəndə heyəti “fürsətçilər” kimi tanıtdırılıb. Tayvanda noyabrda keçiriləcək seçkilərə az bir zaman qaldığından ABŞ-ın öz mənafeini təmin etmək ardınca olduğu bildirilir.