QR CodeQR Code

Çin: Amerika bilməlidir ki, odla oynamağın sonu yanmaqdır

إسلام تايمز , 15 Aug 2022 11:50

İslamTimes: Amerika nümayəndələrinin Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq Çin hökuməti onlardan odla oynamağı dayandırmağı istəyib.


Fransa xəbər agentliyinin məlumatına görə, Amerika nümayəndə heyəti ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərindən 12 gün sonra Tayvana yenidən səfər edib.

Xinhua xəbər agentliyi Çin hökumətinin səfərə cavab olaraq "Amerika rəsmiləri odla oynamağı dayandırmalıdır" başlıqlı bəyanat yaydığını yazıb.

Bəyanatda hazırda Tayvanda olan Amerika nümayəndə heyəti “fürsətçilər” kimi tanıtdırılıb. Tayvanda noyabrda keçiriləcək seçkilərə az bir zaman qaldığından ABŞ-ın öz mənafeini təmin etmək ardınca olduğu bildirilir.


Story Code: 1009263

News Link :
https://www.islamtimes.org/az/news/1009263/çin-amerika-bilməlidir-ki-odla-oynamağın-sonu-yanmaqdır

Islam Times
  https://www.islamtimes.org