QR CodeQR Code

İran XİN Salman Rüşdiyə qarşı hücuma münasibət bildirib

Rüşdini vuran şəxsin İrana bağlı olması iddiası ağ yalandır

SaharTv , 15 Aug 2022 14:39

İslamtimes - İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi mürtəd yazar Salman Rüşdinin həyatına qarşı sui-qəsdlə bağlı açıqlama verib.



SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani deyib: “Salman Rüşdinin etdiklərinə qarşı qəzəb və nifrət təkcə İranla məhdudlaşmır; müxtəlif ölkələrdə milyonlarla insan bu məsələyə münasibət bildirir və onun bu təhqirindən qəzəbləniblər. Biz Salman Rüşdiyə hücum məsələsində, onu dəstəkləyənlər və himayə edənlərdən başqa heç kimi məzəmmət və məhkumiyyətə layiq bilmirik. Salman Rüşdi İslamın müqəddəslərini təhqir etməklə və qırmızı xətləri keçməklə bir milyard yarımdan çox insanın, hətta digər dinlərin tərəfdarlarının qəzəbinə də səbəb oldu. Onun bu addımı ilə bağlı qəzəb və nifrət təkcə İranla məhdudlaşmır.”
 
İran XİN mətbuat katibi həmçinin Salman Rüşdini vuran şəxslə bağlı, onun İranla bağlı olmasına dair iddialara toxunaraq deyib ki, Tehran bu iddiaları ABŞ mətbuatından eşidir.”
O, Salman Rüşdini vuran şəxsin İrana bağlı olması iddiasını qətiyyətlə təkzib edib və deyib ki, kimsənin İranı şərləməyə haqqı yoxdur. 
 


Story Code: 1009295

News Link :
https://www.islamtimes.org/az/news/1009295/rüşdini-vuran-şəxsin-irana-bağlı-olması-iddiası-ağ-yalandır

Islam Times
  https://www.islamtimes.org