0
Monday 15 August 2022 - 22:17

“Pfizer” şirkətinin rəhbəri 4 doza peyvənd olunmasına baxmayaraq, koronavirusa yoluxub

Story Code : 1009367
“Pfizer” şirkətinin rəhbəri 4 doza peyvənd olunmasına baxmayaraq, koronavirusa yoluxub
APA xəbər verir ki, bu barədə o, “Twitter“ hesabında yazıb.

“Koronavirus üçün testim müsbət oldu. Dörd doza peyvənd olunmuşam. Hazırda xəstəliyin yüngül simptomları olsa da özümü yaxşı hiss edirəm”,- deyə Albert Burla qeyd edib.

Pfizer rəhbərinin sözlərinə görə, o, Paxlovid dərmanı ilə müalicə olunur, evdən çıxmır və tezliklə sağalacağına ümid edir.

Xatırladaq ki, iyulun 3-də Albert Burla dünyada peyvənd olunanların faizinin kifayət qədər yüksək olduğunu vurğulayaraq yeni qlobal koronavirus dalğasının başladığını elan etmişdi.