QR CodeQR Code

“Pfizer” şirkətinin rəhbəri 4 doza peyvənd olunmasına baxmayaraq, koronavirusa yoluxub

15 Aug 2022 22:17

İslamTimes: “Pfizer” şirkətinin rəhbəri Albert Burla koronavirusa yoluxub.


APA xəbər verir ki, bu barədə o, “Twitter“ hesabında yazıb.

“Koronavirus üçün testim müsbət oldu. Dörd doza peyvənd olunmuşam. Hazırda xəstəliyin yüngül simptomları olsa da özümü yaxşı hiss edirəm”,- deyə Albert Burla qeyd edib.

Pfizer rəhbərinin sözlərinə görə, o, Paxlovid dərmanı ilə müalicə olunur, evdən çıxmır və tezliklə sağalacağına ümid edir.

Xatırladaq ki, iyulun 3-də Albert Burla dünyada peyvənd olunanların faizinin kifayət qədər yüksək olduğunu vurğulayaraq yeni qlobal koronavirus dalğasının başladığını elan etmişdi.


Story Code: 1009367

News Link :
https://www.islamtimes.org/az/news/1009367/pfizer-şirkətinin-rəhbəri-4-doza-peyvənd-olunmasına-baxmayaraq-koronavirusa-yoluxub

Islam Times
  https://www.islamtimes.org