QR CodeQR Code

Tramp məxfi sənədləri geri tələb etdi

16 Aug 2022 01:40

İslamTimes: Ağ Evin keçmiş rəhbəri Donald Tramp hüquq-mühafizə orqanlarına müraciət edərək evindən götürülmüş sənədləri geri tələb edib.


Teleqraf.com xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, FTB əməkdaşları Mar-a-Laqo malikanəsində axtarış zamanı içində məxfi sənədlər olan qutuları, habelə icra hakimiyyətinin imtiyazı ilə qorunan materialları müsadirə edib.

“Mən hüquq-mühafizə orqanlarına müraciət edirəm və onlardan bu materialları dərhal geri qaytarmalarını xahiş edirəm”, - deyə Tramp əlavə edib.

Eyni zamanda ABŞ senatorları ölkənin hakimiyyət orqanlarına bu sənədlərə çıxış əldə edilməsi ilə bağlı sorğu göndəriblər.


Story Code: 1009381

News Link :
https://www.islamtimes.org/az/news/1009381/tramp-məxfi-sənədləri-geri-tələb-etdi

Islam Times
  https://www.islamtimes.org