QR CodeQR Code

Suriyada ABŞ qüvvələrinin olduğu mövqelərə ardıcıl olaraq hücum edilib

16 Aug 2022 10:11

İslamTimes: Suriya-İordaniya sərhədində yerləşən ət-Tənif bölgəsində ABŞ-ın nəzarətində olan bölgəyə PUA hücumundan sonra Suriya-İraq sərhədinə yaxın ABŞ qüvvələrinin olduğu neft yataqları ərazisinə də hücum edilib.


SalamNews Sputnik.Arabic-ə istinadən xəbər verir ki, yerli mənbələr ötən gün Dirazzurda Fəratın şərqində ən böyük neft yatağı yaxınlığında ABŞ qüvvələrinin olduğu mövqelərə raketlərlə hücumun edildiyini bildiriblər.

Hücumu hələ heç bir tərəf öhdəsinə götürməyib.

Məlumata görə hücumdan sonra bölgəyə təcili tibbi yardım maşınları gedib.

Qeyd edək ki, ABŞ və separatçı kürd birləşmələri 2014-cü ildən başlayaraq bölgədə İŞİD-lə mübarizə adı altında Fəratın şərqini və ət-Tənif bölgəsini zəbt ediblər.


Story Code: 1009424

News Link :
https://www.islamtimes.org/az/news/1009424/suriyada-abş-qüvvələrinin-olduğu-mövqelərə-ardıcıl-olaraq-hücum-edilib

Islam Times
  https://www.islamtimes.org