QR CodeQR Code

Almaniyada Fələstinə meydan verilməsi İsraili özündən çıxardı

إسلام تايمز , 17 Aug 2022 12:55

İslamTimes: Sionist rejimin baş naziri Almaniya kansleri ilə birgə mətbuat konfransında Fələstin muxtariyyətinin rəhbərinin sözlərini tənqid edib.


İşğalçı rejimin baş naziri Yair Lapid Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasın sionist rejimin fələstinlilərə qarşı cinayətləri sözlərini dəhşətli yalanlar adlandırıb.

Dünən Mahmud Abbas Almaniyanın baş naziri Olaf Şultsla keçirdiyi mətbuat konfransında deyib: “1947-ci ildən bəri İsrail Fələstinin 50 yerində 50 qırğın törədib”. O, sionist rejimin bu cinayətlərini Holokost adlandırıb.

Lapid Tvitter hesabında Abbasın bu sözlərinə cavab olaraq “Tarix onu bağışlamayacaq yazıb. Mahmud Abbas Almaniyada olduğu halda İsraili 50 cinayət törətdiyinə görə qınayır. Bu, rüsvayçılıqdır və ən böyük yalandır”.


Story Code: 1009627

News Link :
https://www.islamtimes.org/az/news/1009627/almaniyada-fələstinə-meydan-verilməsi-israili-özündən-çıxardı

Islam Times
  https://www.islamtimes.org