0
Wednesday 17 August 2022 - 11:55

İsrail səfiri iç üzünü göstərdi

Story Code : 1009634
İsrail səfiri iç üzünü göstərdi
SalamNews xəbər verir ki, İsrailin səfiri Corc Dik bu barədə tvitter səhifəsində video paylaşıb.

O, bundan öncə İran səfiri tərəfindən ölümlə hədələndiyini iddia edib və ötən həftə sui-qəsdə məruz qalan “Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdinin başına gələnləri xatırladıb.

Corc Dik iddia edib ki, İran Salman Rüşdini qırmızı xəttləri keçidiyinə görə ölümlə hədələdiyi kimi İsrailin səfirini də təhdid edir.

“İranın Azərbaycandakı səfiri yaxınlarda məni ölümlə təhdid etdi. O, "tvitter"də yazdı ki, mən qırmızı xətti keçmişəm, ona görə də İran xalqı məni dəfn edəcək. İndi siz Salman Rüşdinin bıçaqlandığını eşidərkən mənim nə düşündüyümü təsəvvür edə bilərsiniz. Çünki İran həm də demişdi ki, o, [Salman Rüşdi] qırmızı xətti keçib və onu da ölümlə hədələmişdi. "Terrorçu" onu günün günorta çağı öldürməyə cəhd etdi. Ona görə də indi siz mənim müəyyən qədər şəxsi hisslərimi təsəvvür edə bilərsiniz”, deyə o bildirib.

Bundan sonra İranın səfiri Seyid Abbas Musəvi də cavab olaraq belə bir paylaşım edib:

“Dində mürtədlik və Allahın peyğəmbərlərini təhqir etməyin şəri hökmü var ki, sənin ağlın da bunu dərk etmək müstəvisində deyil.  Amma İranın ərazi bütövlüyünə qarşı məkr qırmızı bir xətdir ki, təkcə sən macəra axtaran oğlan deyil, səni idarə edənlər də onun xoşagəlməz aqibətini yaxşı bilir.”