0
Thursday 18 August 2022 - 09:48

Çin: Tayvan, Amerika və İngiltərə ilə münasibətlər üçün sınaq vasitəsidir

Story Code : 1009744
Çin: Tayvan, Amerika və İngiltərə ilə münasibətlər üçün sınaq vasitəsidir
Son həftələrdə Nensi Pelosi Tayvanı ziyarət etdikdən sonra dünya Çindən güclü reaksiya gördü. Bəzi insanlar belə cavabların nə üçün lazım olduğunu soruşurlar.

Çinin İngiltərədəki səfiri “Zheng Zeguang” Guardian qəzetinə yazdığı məqalədə “Tayvan qədim zamanlardan Çinin ayrılmaz hissəsinin olduğunu tarix boyu bu adanın iki dəfə itirilib və geri qaytarımadığını bildirib."

Qərb ölkələrinin müstəmləkəçi siyasətləri zamanı bu ada vaxtı ilə hollandlar tərəfindən 38 il işğal edilmiş və 1662-ci ildə Çinin milli qəhrəmanı “Çjen Çenqonq” tərəfindən bu ölkəyə qaytarılmışdır.

Müstəmləkəçi dövlətlərin dünyanı öz aralarında bölmə səyləri zamanı Tayvan 50 il Yaponiya tərəfindən işğal edildi.

Tayvan boğazının iki tərəfi 1949-cu ildən bəri Çin vətəndaş müharibəsi nəticəsində uzunmüddətli siyasi düşmənçiliyə cəlb olunsa da, Çin heç vaxt bölünməyib və Tayvan adası onun ərazisinin bir hissəsi olaraq qalır.

Buna görə də Çin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə qəti şəkildə qarşı çıxdı və bu təxribatçı saəfərə qarşı dəfələrlə xəbərdarlıq etdi. Bu Çinin suverenliyini və ərazi bütövlüyünü pozan bir hərəkət.