0
Thursday 18 August 2022 - 10:03

Mali hökuməti: Fransa ekstremist terrorçuları silahlandırır

Story Code : 1009748
Mali hökuməti: Fransa ekstremist terrorçuları silahlandırır
Paris hökuməti Maliyə hərbi müdaxilənin sona çatdığını elan etdikdən sonra, Mali hökuməti BMT-yə göndərdiyi məktubda Fransanın bu ölkədəki qanunsuz əməllərini ifşa edib.

Mali hökuməti çərşənbə günü axşam elan edib ki, Fransa dəfələrlə ölkənin hava məkanını pozub və ölkədə sabitliyi pozmaq məqsədilə ekstremist terrorçulara yardım edərək çoxlu sayda silah sayıb.

Malinin xarici işlər naziri Abdulla Diop məktubda Fransa Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları, hərbi helikopterlər və döyüş təyyarələrindən istifadə edərək bu il ölkənin hava məkanını 50 dəfədən çox pozduğunu yazıb.