0
Thursday 18 August 2022 - 10:44

Norveçin neft fondu 173 milyard dollar zərərə düşdü

Story Code : 1009754
Norveçin neft fondu 173 milyard dollar zərərə düşdü
Bu barədə təşkilatın çərşənbə günü yaydığı məlumatda deyilir. “Bu vəziyyət Avropada faiz dərəcələrinin artması, yüksək inflyasiya və Ukrayna müharibəsi nəticəsində yaranıb. Fondun səhmlərə yatırdığı investisiyaların dəyəri 17%, istiqrazların dəyəri isə  9,3% ucuzlaşıb.
Xüsusən də texnologiya şirkətlərinin səhmləri  28% dəyərdən düşüb”, - deyə fondun rəhbəri Nikolay Tangen bildirib.

O əlavə edib ki, son 6 ayda müsbət dinamikanı yalnız enerji sektoru göstərib – 13%. Həmçinin fondun daşınmaz əmlaka investisiyaları da 7,1% dəyər qazanıb.