QR CodeQR Code

“Dərhal və qeyd-şərtsiz...” – Bəşər Əsəddən tələb

18 Aug 2022 17:46

İslamTimes: Suriya rejimi ABŞ hərbçilərinin yerləşdiyi baza yaxınlığına raket hücumundan bir gün sonra Amerikadan öz hərbi qüvvələrini ölkədən dərhal və qeyd-şərtsiz çıxarmağı tələb edib.


Teleqraf.com xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

“Amerika tərəfi qeyri-qanuni olaraq Suriya ərazilərində yerləşdirdiyi hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz çıxarmalı, Suriya nefti və buğdasının oğurlanması və qaçaqmalçılığına son qoymalıdır. Qeyri-qanuni silahlı qruplaşmaları dəstəkləməməlidir”, - XİN-in bəyanatında deyilir.

ABŞ-ın Suriyada, əsasən, ölkənin cənubundakı Ət-Tənf bazası ilə şərqdəki neft yataqları arasında 900-ə yaxın hərbçisi var.


Story Code: 1009834

News Link :
https://www.islamtimes.org/az/news/1009834/dərhal-və-qeyd-şərtsiz-bəşər-əsəddən-tələb

Islam Times
  https://www.islamtimes.org