0
Friday 23 September 2011 - 21:06

"Obama bizi kürəyimizdən bıçaqladı"

Story Code : 100991
ABŞ - Fələstin
ABŞ - Fələstin
Fələstin lideri Mahmud Abbas, ölkəsinin müstəqil dövlət olaraq tanınması üşün BMT-yə sənəd təqdim edəcək. Mahmud Abbas, fələstinlilərin, müraciətlərini veto edəcəyini açıqlayan ABŞ prezidenti Barak Obamaya isə "Bizi kürəyimizdən bıçaqladı" sözləriylə reaksiya verib. FaktXeber.com saytının verdiyi məlumata görə, yalnız fələstinlilərin deyil bütün dünyanın iki ayıdır davam edən müzakirələrdən sonta gözlədiyi gün gəlib çatdı. Fələstin lideri Mahmud Abbasın bu gün Birləşmiş Millətlər Təşkilatının 66-cı toplantısında edəcəyi çıxışdan sonra Fələstinin 1967-ci il sərhədləriylə müstəqil bir ölkə olaraq BMT-yə tam üzv olaraq qəbul edilməsi üçün lazımi müraciəti etməsi gözlənilir.

Müraciətə qarşı çıxan ABŞ prezidenti Barak Obama ötən gün görüşdüyü Mahmud Abbasa "müraciət BMT Təhlükəsizlik Şurasında veto edəcəyini", - söyləyib.

Obama, BMT-də çıxışı zamanı İsrail rejimini dəstəkləməsi ilə fələstinliləri qəzəbləndirib. Obamanın çıxışı İsrailliləri də çaşdırıb. "Maariv" qəzeti yazıb ki, "Obama İsrail tərəfdarıdır". "Yedioth Ahronot" qəzeti isə "ABŞ prezidenti ilk dəfə BMT-də bu cür İsraili müdafiə etdi", - deyə yazıb.

Fələstinin qarşısında üç ssenari var

1 - Fələstin BMT Təhlükəsizlik Şurasından müstəqil dövlət olaraq tanınmağı istəyə bilər.

Nəticələri: Əksəriyyət təmin edilib gündəmə alınsa belə ABŞ veto edə bilər. Səs vermə də təxirə salına bilər. İsrail üçün əhəmiyyətli qələbə olar.

2 - BMT-də müstəqil dövlət olaraq tanınmaq müraciəti edə bilər.

Nəticələri: Müraciət açıq fərqlə qəbul ediləcək. Ancaq BMT Təhlükəsizlik Şurasının təsdiqi olmadan faydası yoxdur. İsrail üçün isə xalqla əlaqələri uduzması ilə nəticələnəck. Ancaq Fələstinlilərin tam üzvlük haqqlarından faydalana bilməməsi İsrail üçün qələbə sayıla bilər. Fələstin isə artan qlobal dəstəklə beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət edərək İsrail rejimini çətin vəziyyətdə qoya bilər.

3 - BMT-də Fələstinin statusunun müşahidəçiliyə yüksəldilməsi müraciəti edilə bilər.

Nəticələri: Müraciət böyük dəstək alacaq. Fələstin BMT-dən yavaş-yavaş İsraili təcrid edə bilər. Müzakirələrdə siyasi qüvvəsi güclənər.
Comment