0
Saturday 24 September 2011 - 11:12

Türkiyə PKK-ya qarşı İranla birgə mübarizə aparacaq

Story Code : 101086
Türkiyə PKK-ya qarşı İranla birgə mübarizə aparacaq
Türkiyə PKK-ya qarşı İranla birgə mübarizə aparacaq
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, Terrorla mübarizə nöqtəsində İran ilə ortaq atılacaq addımlar mövzusunda, "Hal-hazırda İran ilə bu cür müştərək atacağımız addımlar söz mövzusudur. Onsuz da burada bir kəşfiyyat paylaşması mövcuddur", - deyə bildirib.

Baş nazir Ərdoğan, İraq prezidenti Cəlal Təlabani ilə keçirdiyi görüşlə əlaqədar olaraq bildirib ki, terrora qarşı ortaq mübarizədə hər hansı bir fikir ayrılığı söz mövzusu olmayıb. Eyni razılaşma çərçivəsində biz bu mübarizəmizi davam etdirəcəyik.

Ərdoğan, Türkiyənin İraqın Şimalında apardığı əməliyyatlara dair sualları cavablandırarkən qeyd edib ki, "Bu mövzuyla əlaqədar bizim qərarımız dəqiqdir. Mən bunu onlara açıq, dəqiq söylədim. Terror davam etdikcə bizim sərhəd xarici əməliyyatlarımız da eynilə davam edəcək. Silahı tərketmə mövzusunda terror təşkilatı əgər bu işi bacararsa, əməliyyatlar da bitəcək. Amma terror təşkilatının öz içində problemləri ola bilər, bu ayrı məsələdir. Biz indi bütün işlərimizi terrorla mübarizəyə sərf edirik."


Source : XəzərXəbər
Comment