0
Saturday 27 August 2022 - 03:39

Benni Qantz: ABŞ-a İranla razılaşmaya qarşı olduğumuzu bildirdim

Story Code : 1011254
Benni Qantz: ABŞ-a İranla razılaşmaya qarşı olduğumuzu bildirdim
O, sözlərinin davamında əlavə edib: Amerikanın Milli Təhlükəsizlik müşavirinə dedim ki, İsrail İranla nüvə sazişinin əleyhinədir.

Qantz bildirib ki, o, amerikalı rəsmi ilə regionda təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini də müzakirə edib.

Qeyd edək ki, Vyanada İranla 4+1 arasında nüvə danışıqlarının yeni raundu Cozef Borrelin yeni təklif paketini təqdim etməsindən sonra reallaşıb.  Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Borrel bu təklifdə İrana qarşı sanksiyaların ləğvi və İranın nüvə fəaliyyətləri ilə bağlı yeni təkliflər irəli sürüb.

İşğalçı İsrail rejimi İran və ABŞ-ın danışıqlarda müsbət irəliləyiş əldə edildiyini bildirməsindən sonra, müzakirələrin pozulması üçün bütün vasitələrə əl atır.