0
Saturday 27 August 2022 - 04:06

CNN: Hizbullah həmişəkindən daha güclüdür!

Story Code : 1011255
CNN: Hizbullah həmişəkindən daha güclüdür!
Amerikanın CNN xəbər agentliyi bu hesabatda Hizbullahın ağır sanksiyalara, dünyada təcrid olunmasına baxmayaraq, bu il 40 illiyini öncəki illərdən qat-qat güclü şəkildə, çox sayda insan arasında qeyd etdiyini bildirib.

Bu hesabatda CNN bildirib ki, bu illər ərzində Livan Hizbullahı kiçik şiə təşkilatından ciddi siyasi və regional aktyora çevrilməyə çalışıb. Bu gün, 40 ildən sonra Hizbullah dünya arenasında həmişəkindən daha güclü görünür.

CNN yazıb: "Hazırda bir çox Avropa və Amerika ölkələri Livan Hizbullahını terror qruplaşması hesab edir. Seyid Həsən Nəsrullah da ABŞ-ın sanksiya siyahısına daxil edilib. Amma bütün bunlara baxmayaraq, bu şiə qrupunun gücü hər ötən il daha da artır."

Qeyd edək ki, müxtəlif ekstremist qruplara qarşı mübarizə aparan Hizbullah Müqavimət Hərəkatı işğalçı İsrail rejiminin təzyiqlərindən sonra bir çox ölkə tərəfindən terror təşkilatı kimi tanınıb.