0
Thursday 1 September 2022 - 10:55

Cinayətkar İsrail daha iki müsəlmanı qətlə yetirdi

Story Code : 1012200
Cinayətkar İsrail daha iki müsəlmanı qətlə yetirdi
Media bu gün İordan çayının qərb sahilində Nablus və Ramallah bölgəsində iki fələstinli gəncin sionist əsgərlər tərəfindən öldürüldüyünü bildirib.

“Arab48” xəbər saytının məlumatına görə, Əl-Ayn düşərgəsinin 25 yaşlı fələstinli sakini Samer Mahmud Süleyman Xalid boynundan aldığı ölümcül xəsarətlərdən dünyasını dəyişib.

Mənbələrə istinadən əlavə edib ki, hadisə Sionist ordu qüvvələrinin Nablus şərqindəki “Balata” düşərgəsinə qəfildən daxil olmağı ilə baş verib.

Bu gün səhər saatlarında sionist rejim qüvvələri ilə fələstinli gənclərin Balata düşərgəsində qarşıdurma yaşanıb. Qarşıdurma əsnasında sionist əsgərlər yenicə azad edilmiş məhbus Cəser Əbu Həmədəni də həbs ediblər.