0
Wednesday 7 September 2022 - 00:00

Sionist rejimin Suriyanın Hələb hava limanına növbəti hücumu

Story Code : 1013115
Sionist rejimin Suriyanın Hələb hava limanına növbəti hücumu
Xəbərdə Latakiya və Hələbdə partlayış səslərinin eşidildiyi bildirilib.
Hələbdə olan Əl-Vətən müxbiri bu şəhərin səmasından bir neçə partlayış səsi eşitdiyini bildirib. Həmçinin bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA da məlumat yayıb.

Sionist rejimin Hələb hava limanını hava hücumları ilə hədəf aldığı bildirilsə də hücumların mümkün itkiləri və dağıntıları barədə hələ məlumat verilməyib.

SANA xəbər agentliyi bir neçə raketin tutulduğunu və onları vurduğunu bildirib.
Sputnik müxbiri bildirib ki, Latakiyada şəhəri ətrafından bir neçə partlayış səsi eşidilib.

Bu partlayışlar Suriya hava hücumundan müdafiə sisteminin İsrail raketləri ilə qarşıdurması nəticəsində baş verib. Raketlərin Suriyanın qərb sahillərindən ölkənin hava məkanına daxil olduğunu bidirilib.