QR CodeQR Code

Türkiyə İsrailə müharibə elan etməyə hazırdır?

25 Sep 2011 13:15

IslamTimes - Ərdoğan: "Zərurət yaranarsa, biz bunu edəcəyik".


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin ünvanına birbaşa təhdidlərlə çıxış edib. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o bildirib ki, "Mavi Mərmərə" gəmisində 9 fəalın öldürülməsi müharibə elan etmək üçün kifayət qədər əsasdır və gərək olarsa, belə bir müharibə elan olunacaq.

"Doqquz nəfərin öldürülməsi faktiki olaraq müharibə üçün səbəbdir. Biz məsələni bu yöndən nəzərdən keçirmirik və böyük millət olaraq səbr nümayiş etdiririk", - deyə Ərdoğan bildirib.

"Türkiyə İsrailə mühabirə elan edəcəkmi?" sualına isə baş nazir belə cavab verib:

"Əgər zərurət yaranarsa, biz bunu edəcəyik. 2010-cu ildə biz böyüklük göstərərək başqa cür davranmaq qərarına gəldik. Lakin mənim üçün maraqlıdır, ABŞ, beynəlxalq sularda 9 vətəndaşı öldürülsəydi, özünü necə aparardı?"


Story Code: 101341

News Link :
https://www.islamtimes.org/az/news/101341/türkiyə-israilə-müharibə-elan-etməyə-hazırdır

Islam Times
  https://www.islamtimes.org