0
Sunday 11 September 2022 - 15:56

İraqda avtobusda partlayış olub, 11 nəfər ölüb

Story Code : 1013848
İraqda avtobusda partlayış olub, 11 nəfər ölüb
APA-nın Tehran bürosunun məlumatına görə, partlayış Babil əyalətinin Şmouli şəhərində yanacaqdoldurma məntəqəsində baş verib.

Avtobusda 30 sərnişin olub.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd partlayış nəticəsində 11 nəfərin öldüyünü, 19 nəfərin yaralandığını bildirib. Pirhüseyn Kolivənd ölən və yaralananlar arasında iranlıların da olduğunu açıqlayıb.