0
Thursday 15 September 2022 - 11:04

Qətər: “Ərəb baharı yenidən başlaya bilər”

Story Code : 1014435
Qətər: “Ərəb baharı yenidən başlaya bilər”
SalamNews Əlcəzirəyə istinadən xəbər verir ki, bunu Qətərin əmiri Təmim bin Həmd Ali-Sani Fransa mətbuatına müsahibəsində deyib.

Qətərin Əmiri “Ərəb baharı”nın yenidən baş qaldırması ilə bağlı sualı cavablandırıb və onun səbəb və amillərinin hələ də qaldığını və hətta vəziyyətin daha da pisləşdiyini deyib.

O, bildirib ki, ərəb dünyasında yoxsulluq və işzislik kimi “Ərəb baharı”nın əsas amilləri qalmaqdadır.

Qətərin əmiri həmçinin “Ərəb baharı”nın əsas aparıcı etirazçı qüvvələrindən olan "İxvan əl-Muslimin" təşkilatı ilə əlaqəsi olmadığını bildirib. O əlavə edib ki, Dohada əlaqələr ölkələr və dövlətlərlə qurulur.

Qeyd edək ki, Qətər ərəb dövlətləri arasında “İxvan əl-Muslimin”i dəstəkləyən və onu maliyyələşdirən əsas dövlət kimi tanınır. Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir 2017-ci ildə buna görə Qətərlə əlaqələri kəsərək, onu blokadaya salıblar.