0
Sunday 18 September 2022 - 08:24

Tramp almanlara ölkəsiz qalma riski ilə bağlı xəbərdarlıq edib

Story Code : 1014941
Tramp almanlara ölkəsiz qalma riski ilə bağlı xəbərdarlıq edib
APA RİA Novosti-yə istinadən xəbər verir ki, o, almanlara xəbərdarlıq edib ki, Rusiya qazının tədarükünün azalması səbəbindən onlar nəticədə ölkəni itirmək riski ilə üzləşirlər.

ABŞ-ın keçmiş lideri bunun baş verə biləcəyini Almaniyaya çoxdan söylədiyini vurğulayıb.

O, həmçinin iddia etdi ki, o vaxt Almaniya Federativ Respublikasının kansleri olan Angela Merkelə ağ bayraq göndərib ki, o, Rusiyaya “təslim olmaq” üçün istifadə etsin:

“Mən ona bayraq göndərdim. Ancaq o, “Donald, Donald, niyə o bayrağı mənə göndərdin?" dedi. Söylədim ki, enerjinizin 72 faizini Rusiyadan alırsınızsa, onda sizin üçün ağ bayraq qaldırmaq ehtimalı var, çünki çox tez təslim olacaqsınız. Kim düşünürdü ki, bu qədər tez baş verəcək”.