0
Sunday 18 September 2022 - 09:56

Azərbaycan məscidlərində Ərbəin mərasimləri keçirilib (FOTO)

Story Code : 1014949
Azərbaycan məscidlərində Ərbəin mərasimləri keçirilib (FOTO)
SalamNews xəbər verir ki, hicri qəməri təqvimi ilə bu gün səfər ayının 21-dir. Ötən gün Ərbəinə təsadüf edib. Azərbaycanın əksər məscidləri hüznlü Ərbəinlə bağlı əzadarlıq məclislərinin şahidi olub.

Xətiblər bu məclislərdə İmam Hüseynin fəzilətlərindən, Aşura faciəsindən və Ərbəin gününün əhəmiyyətindən danışıblar. Bu məclislərdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımız da yad edilib.

Daha sonra İmamın və Kərbəla şəhidlərinin şəninə mərsiyələr və növhələr oxunub.

Bəzi məscidlərdə Kərbəla və Qarabağ şəhidləri adından ehsanlar verilib.