QR CodeQR Code

Bir çox ölkələrdə Azərbaycan Respublikasının səfirliklərinə hücum olub?

SaharTv , 19 Sep 2022 09:24

İslamtimes - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bir bəyanatda bu ölkənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı erməni icmalarının hücumlar həyata keçirdiyini bildirib.



SəhərAzəri-nin məlumatına əsasən,bəyanatda hansı və neçə ölkədə Azərbaycan səfirliklərinə qarşı belə hücumların həyata keçdiyi deyilmir: “Son günlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur”,- bəyanatda deyilir.  
Bəyanatda Azərbaycanın bir çox ölkələrdəki səfirliklərinə qarşı hücumlarda vandalism və terror elementlərinin müşahidə olunduğu deyilir: “Özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.”
XİN-in bəyanatında həmin hücumlar pislənilir və ölkələrdən məsuliyyət tələb olunur: “Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik.”
Bəyanatda radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyatı dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsi tələb olunur.
 


Story Code: 1015086

News Link :
https://www.islamtimes.org/az/news/1015086/bir-çox-ölkələrdə-azərbaycan-respublikasının-səfirliklərinə-hücum-olub

Islam Times
  https://www.islamtimes.org