0
Monday 19 September 2022 - 11:20

İranPress: Nensi Pelosinin Ermənistana səfəri gərginliyi daha da artıracaq

Story Code : 1015105
İranPress: Nensi Pelosinin Ermənistana səfəri gərginliyi daha da artıracaq
SalamNews xəbər verir ki, bu barədə İranın “İranPress” Beynəlxalq Xəbər Agentliyi yazı dərc edib.

İranlı siyasi icmalçı Seyid Rza Mirtahir agentliyin saytında “Pelosinin Ermənistan səfəri; Gərginliyi azaldır ya daha da artırır?!” adlı yazısında Ermənistan dövlətinin bu səfərdən məmnunluğunun müvəqqəti olacağına işarə edib və Pelosinin bundan öncəki qalmaqallı səfərlərinə diqqət çəkib.

Ekspert bildirib ki, Pelosinin Tayvana səfəri təcrübəsi bunu deməyə əsas verir ki, onun belə bir zamanda Ermənistana dəstək məqsədilə İrəvana getməsi gərginliyi daha da artıracaq.