QR CodeQR Code

İran Pelosinin Ermənistana səfərinə münasibət bildirib

19 Sep 2022 12:33

İslamTimes: İran ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirib.


APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Cənubi Qafqaz regionunda gərginliyin və qeyri-sabitliyin artmasının heç bir region dövlətinin maraqlarına xidmət etmədiyini bildirib.

“Biz gərginliyi qızışdırmağı region ölkələrinin maraqlarına uyğun olduğunu düşünmürük, çünki regionda sülh və sabitlik iqtisadi inkişaf, ticarət əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi üçün zəruridir. Bu İslam Respublikasının prinsipial siyasətidir. Bu yanaşmadan kənar hər hansı yanaşmanı təxribat hesab edirik və regionda qeyri-sabitliyi qızışdırmağı qəbul etmirik”.


Story Code: 1015120

News Link :
https://www.islamtimes.org/az/news/1015120/iran-pelosinin-ermənistana-səfərinə-münasibət-bildirib

Islam Times
  https://www.islamtimes.org