QR CodeQR Code

"Avropalılar nüvə sazişini öz xilas yolları kimi görürlər"

إسلام تايمز , 20 Sep 2022 01:28

İslamTimes: BƏƏ qəzeti bildirib ki, Ukraynadakı müharibə və Avropa üçün yaranan enerji böhranı səbəbindən Qərb hökumətləri İranla nüvə sazişinin bərpasını hazırki böhrandan çıxmaq üçün xilas yolu kimi görürlər.


Birləşmiş Ərəb Əmirliyinin “Əl Bəyan” qəzetinin yazdığına görə, Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı səbəbindən avropalılar nüvə sazişinin bərpası üçün çox səy göstəriblər və bu razılaşmanı böhrandan çıxış yolu kimi görürlər.

Lakin nüvə sazişinin bərpası prosesi bir sıra problemlərlə üzləşib. Belə ki, mövqelərdə ziddiyyətlər olduğu üçün tərəflər arasında anlaşma olmayıb. İran tərəfinin bildirdiyi kimi pis niyyətlər danışıqlara kölgə salıb. Qərbin şantajları razılaşmanı demək olar ki, mümkünsüz edib.

Qəzet qeyd edib ki, Avropalılar bütün gücləri ilə Vyana danışıqlarını uğura doğru aparmağa çalışsalar da hələ ki buna nail ola bilməyiblər.


Story Code: 1015224

News Link :
https://www.islamtimes.org/az/news/1015224/avropalılar-nüvə-sazişini-öz-xilas-yolları-kimi-görürlər

Islam Times
  https://www.islamtimes.org