QR CodeQR Code

Hökumət nəticəni gözləmədən imzaladı - ABŞ-la anlaşma etiraz yaratdı

20 Sep 2022 09:42

İslamTimes: İsveçrə hökuməti ABŞ-la 36 ədəd F-35A qırıcısının tədarükü üçün müqavilə imzaladığını açıqlayıb.


Teleqraf.com xəbər verir ki, 2027-ci ildə başlayacaq F-35 tədarükləri 2030-cu ilə qədər davam edəcək.

F-35-lər İsveçrə Hərbi Hava Qüvvələrində mövcud olan “F-18 Hornet” və “F-5 Tiger” təyyarələrini əvəzləyəcək.

Hökumətin anlaşmanı referenduma çıxarmadan imzalaması müxalifətin sərt reaksiyasına səbəb olub.

Müxalifət partiyaları referendumun nəticələrini gözləmədən F-35 müqaviləsinin imzalanmasının qeyri-qanuni olduğunu iddia edərkən, İsveçrə Parlamentinin Təftiş Komissiyası razılaşmanın narahatedici olduğunu, amma qanunlara zidd olmadığını bildirib.

2020-ci ildə İsveçrədə keçirilən referendumda ordunun modernləşdirilməsi təklifi səs çoxluğu ilə qəbul edilib. Amma modernləşdirmə çərçivəsində silahların hansı ölkələrdən alınacağı referendum mətnində göstərilməyib.

Müxalifət 2020-ci il referendumunda təyyarələrin alınacağına dair heç bir bənd olmadığı üçün məsələni ictimai səsverməyə çıxarmağa çağırmışdı.

 


Story Code: 1015266

News Link :
https://www.islamtimes.org/az/news/1015266/hökumət-nəticəni-gözləmədən-imzaladı-abş-la-anlaşma-etiraz-yaratdı

Islam Times
  https://www.islamtimes.org