QR CodeQR Code

Çindən ABŞ-a: Təxribatdan əl çək!

20 Sep 2022 10:39

İslamTimes: Ağ Ev administrasiyası Tayvan boğazında sülh və sabitliyi pozacaq açıqlama və təxribatlardan çəkinməlidir.


Axar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ prezidentinin Tayvanla bağlı açıqlamasını şərhində deyib.

O bildirib ki, ABŞ Tayvanın müstəqilliyini müdafiə edənlərə yanlış ismarış göndərməməlidir:

“Tayvanla sülh yolu ilə birləşmək üçün müəyyən addımlar atmağa hazırıq”.

Qeyd edək ki, Ağ Ev rəhbəri Çin və Tayvan arasında münaqişə yaranacağı təqdirdə, ölkəsinin ikincini müdafiə edəcəyini açıqlamışdı.


Story Code: 1015282

News Link :
https://www.islamtimes.org/az/news/1015282/çindən-abş-a-təxribatdan-əl-çək

Islam Times
  https://www.islamtimes.org