0
Wednesday 21 September 2022 - 00:09

Tehran meri: “Etiraz aksiyasında 3 xarici vətəndaş həbs olunub”

Story Code : 1015383
Tehran meri: “Etiraz aksiyasında 3 xarici vətəndaş həbs olunub”
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Tehran meri Möhsün Mənsuri deyib.

O bildirib ki, son aksiyada xarici müdaxilə və Tehrandakı səfirliklərin müdaxilə izlərinə rast gəlinib.

Ötən gün keçirilən aksiyada 3 xarici vətəndaş saxlanılıb.

Saxlanılan şəxslərin hansı ölkənin vətəndaşı olduğu hələ ki, açıqlanmayıb.